İcra başçısı gəncləri əsgərliyə yola saldı - Fotolar

icra-bascisi-gencleri-esgerliye-yola-saldi-
Oxunma sayı: 2282

Lənkəranlı çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləriyolasalma mərasimində iştirak edib. Taleh Qaraşov ordu sıralarına yola düşən gəncləri təbrik edib, onların hərbi xidməti layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib. O, gənclərə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, aprelin əvvəllərində düşmənin növbəti təxribatının qarşısını alarkən rəşadətli ordumuzun qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulayıb.

Sonra İcra başçısı ordu sıralarından yenicə təxris olunanların bir qrupuna hərbi biletlər təqdim edib.