İcra başçısı gənclərlə görüşdü

icra-bascisi-genclerle-gorusdu
Oxunma sayı: 1427

Salyan rayon İcra hakimiyyətin başçısı Tahir Kərimov 2 fevral – Gənclər Günü ilə bağlı rayon gəncləri ilə görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, icra başçısı yığıncaqda çıxış edərək bildirib ki, ölkədə aparılan gənclər siyasətinin əsasında böyüməkdə olan nəslin fiziki-mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə vermələri əsas yer tutur.
Gənclərlə bağlı qəbul edilən qanun, fərman və sərəncamlar gənclərin sosial-iqtisadi problemlərinin həllinə yönəlib, gənclərin ictimai fəallığının artırılması istiqamətində mühüm rol oynayır. RİH başçısı salyanlı gənclərin keçən il gördüyü işləri təhlil edib və qarşıda duran vəzifələrdən söz açıb.

Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə Fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.