İcra başçısı göyərçin uçurdu- - Fotolar

icra-bascisi-goyercin-ucurdu-
Oxunma sayı: 2290


“Qafqazinfo xəbər verir ki, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,  millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri,  əcnəbi qonaqlar  iştirak ediblər. 

Novruz şənliyi Gəncənin Cavad xan küçəsində başlayıb. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibəti ilə gəncəliləri təbrik edərək onlara can sağlığı, ailə səadəti arzu edib. İcra başçısı barışıq və dostluq bayramı olan Novruzun Azərbaycan xalqına  uğur, bol ruzi- bərəkət gətirməsini arzulayıb.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ölkənin sosial-iqtisadi,  mədəni və ictimai həyatında yaxından iştirak edən bir qrup şəhər fəalına Fəxri fərmanlar təqdim olunub.

Sonda əmin-amanlıq və barış rəmzi olaraq sülh göyərçinləri uçurulub.