Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Novruz Bayramı münasibətilə Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.
Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər