İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, yığıncaqda İcra başçısı Vidadi İsayev 2015-ci ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. 6 ay ərzində 11 yaşayış məntəqəsini birləşdirən Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri, 47 hektar ərazini əhatə edən Heydər Əliyev park-bulvarının, məcburi köçkünlər üçün 588 ailəlik yaşayış məhəlləsinin, “Asan Xidmət” Mərkəzinin, Yol Polis xidmətinin inzibati binasının, şəhər 7 saylı ümumi orta məktəbin və 1 saylı Uşaq Musiqi məktəbinin, Mirzalıbəyli kəndində cins heyvandarlıq kompleksinin tikintisi başa çatdırılmış və istifadəyə verilib.
Bunlarla yanaşı 7 kənd qazlaşdırılıb, Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər evinin, Mehdili kəndində müasir Yem zavodunun tikintisi, tutumu 2 min ton olan soyuducu ambarın, 260 şagird yerlik Türkmən kənd tam orta məktəbin, 1150 şagird yerlik şəhər 2 və 6 saylı, 480 şagird yerlik şəhər 5 saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası davam etdirilib. Uğurbəyli kəndinin 1,5 km baş yolu yenidən tikilib, yerli əhəmiyyətli yolarda 55975 kv. metr dağılmış örtük bərpa edilmiş, 5896 kv. metr səki, körpü, siqnal dirəkləri və yol ayrıcları rənglənib. Rayonun küçə və meydanlarında, yolların kənarlarında 25 mindən çox ağac və 51 mindən çox gül kolları əkilib. Cari ilin mart ayının 12-də İlham Əliyev rayona səfər edib, rayonda aparılan tikinti-abadlıq işləri ilə tanış olub. 6 ay ərzində 183,2 milyon manatlıq ümumi məhsul, o cümlədən 6,4 milyon manatlıq sənaye, 81.9 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, əhaliyə 2,2 milyon manatlıq nəqliyyat və anbar, 0,6 milyon manatlıq rabitə, 51,7 milyon manatlıq ticarət xidmətləri göstərilib, rayonda 39,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2014-cü ilin birinci yarısına nisbətən məhsul istehsalı 30,5 faiz, o cümlədən sənaye məhsulu istehsalı 3,3 faiz, kənd təsərrüfatı 11,9 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,8 faiz, informasiya və rabitə xidmətləri 6,0 faiz, ticarət xidmətləri 22,8 faiz, tikinti-quraşdırma işləri 2,6 dəfə artıb. Yarım ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 2,6 faiz artaraq 9,8 min nəfərə çatıb.
Dövlət Proqramları qəbul olunandan indiyədək 27289 yeni iş yerləri açılıb ki, bunun da 13895-i daimi iş yerləridir. 5 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikintisi davam etdirilib. İlin əvvəlindən podaratçı təşkilatlar tərəfindən 77,5 km müxtəlif diametrli qaz xətləri çəkilərək Xanxanımlı, Qasımbəyli, Böyük Qacar, Qullar, Qurdlar, Nifçi və Körpüsındıran kəndləri qazlaşdırılıb, 763 abonentə təbii qaz verilib. Hazırda 4 kəndin qazlaşdırılması başa çatdırılıb, 22 kənd qazlaşdırılır. 6 ay ərzində su abonentlərinin hamısı ödənişə cəlb edilib, istehlak edilmiş içməli suyun dəyəri 100,4 faiz ödənilib.
Son xəbərlər
Son Xəbərlər