“Qafqazinfo” ya daxil olan məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam edib. Qazanılan hər bir nailiyyət dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Ötən altı ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 124,3 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 65,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 1 milyon ton sement istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olub. Ötən altı ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 104 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 57,4 min metr müxtəlif kabel və hava xətləri çəkilib. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin etmək məqsədi ilə müxtəlif diametrli 16,4 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilib. Ötən rübdə rayon İcra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 400 ədəd yazılı müraciət daxil olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 129 müraciət az olub.
Son xəbərlər
Son Xəbərlər