“Qafqazinfo” xəbər verir ki, icra başçısı Asif Əsgərov Açıxışında deyib ki, birinci rüb ərzində iqtisadiyyat 2,5 %, qeyri-neft sektoru 8,8 %, orta əmək haqqı 7 %, əhalinin banklardakı əmanətləri 20 %-dən çox artmışdır. inflyasiya cəmi 2 % təşkil edib və beləliklə əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyib, ölkənin valyuta ehtiyatları 53 milyard dollar təşkil edib ki, bu da ölkə başçısının apardığı daxili və xarici siyasətin nəticəsidir. Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirib ki, 2014-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 5.562,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən 115.5 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 101.7milyon manatlıq xidmətlər göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1203.9 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,0 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 553.7 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54.7 % çoxdur .
3 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56.0 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22.7 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 67.0 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.7 % çoxdur.
I rübdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56.0 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22.7 % çox əmtəə satılmış, 18.7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29.4 % çox iaşə xidmətləri göstərilmişdir. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2.3 % artaraq 67 milyon manat olub.
Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 112407 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905.1 manat olub ki, bu da keçən illə müqayisədə 1.0 % çoxdur.
2014-cü ilin I rübündə Səbail rayonu ərazisində 537 (ilkin məlumat) yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
2014-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 398 ailə (1578 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunub.
İclasda RİH Başçısının müavini Eldar Ağayev, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, Səbail rayon Qaz istismar sahəsinin rəisi Sadıx Rəhimov və başqaları çıxış ediblər.
Son xəbərlər
Son Xəbərlər