31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdığı Qayıdış və Zobucuq qəsəbələrində olmuş , əhali ilə görüşərək onların bayramlarını təbrik edib.
"Qafqazinfo" xəbər verir ki, Alı Alıyev görüş zamanı Qayıdış və Zobucuq qəsəbələrində məskunlaşan əhali ilə söhbət edib, onların problem və qayğılarını dinləyib.
Məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını işıq, su, qaz və digər kommunal xidmətlərinin dövlət tərəfindən vahid aylıq müavinət şəklində ödənildiyini bildiriblər. Alı Alıyev işıq, su və qazdan qənaətlə istifadə etməyi, israfçılığa yol verməməyi tövsiyə edib, eyni zamanda məcburi köçkünlərə həyətyani və pay torpaqlarından səmərəli istifadə etmələrini bildirib.
Məcburi köçkünlər topdan və pərakəndə satış mərkəzlərində bayram günlərində heç bir qiymət artımına yol verilmədiyini, qiymətlərin onları qane etdiyini bildiriblər. Qayıdış və Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident MehribanƏliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Son xəbərlər
Son Xəbərlər