İcra başçısı koronavirusa yoluxan məmura zəng edib

icra-bascisi-koronavirusa-yoluxan-memura-zeng-edib
Oxunma sayı: 3738

Xəbər verdiyimiz kimi, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və ailə üzvləri koronavirusa yoluxub. 

“Qafqazinfo”nun məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Məcid Şıxlınskiylə telefon əlaqəsi saxlayıb, Təhsil Şöbəsinin müdiri və ailə üzvlərinin səhhəti ilə maraqlanıb. Onlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. 

Məcid Şıxlınski bildirib ki, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.