Nəsimi rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
"Qafqazinfo" xəbər verir ki, icra başçısı Asif Əsgərov 1 saylı Körpələr Evində olub, valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkib.
Daha sonra rayonun 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə 268 saylı məktəbdə tədbir keçirilib.
268 saylı xüsusi məktəb 1927-ci ildən fəaliyyət göstərir, 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib.
Məktəbdə 879 nəfər fiziki qüsurlu uşaq təhsil alır. 11 saylı xüsusi məktəb isə 1947-ci ildən fəaliyyət göstərir. Bu məktəbdə 894 nəfər fiziki qüsurlu uşaq təhsil alır.
Tədbirdə əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa edilib, rəngarəng əl işləri sərgiyə gələnlərdə xoş ovqat yaradıb.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bayram tədbirində iştirak uşaqları salamlayaraq, “1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır.
Tədbir zamanı hər iki məktəbdə təhsil alan fiziki qusurlu 9 nəfər uşağa TUSİAB tərəfindən əlil arabaları təqdim edilib.
Yığıncaqda Milli Məclisin deputatı Kamran Nəbizadə, TUSİAB nümayəndələri Muhsin Sarıhan, Selcuk Düzgün, Məmmədəmin Asud və Nəsimi rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər planına uyğun olaraq rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, uşaq bağçalarında tərbiyə alan uşaqlar üçün Zorge parkında musiqili əyləncəli bayram şənliyi təşkil olunub.
.
Son xəbərlər
Son Xəbərlər