İcra başçısı məhkəməyə gəldi?

icra-bascisi-mehkemeye-geldi
Oxunma sayı: 2986

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə T.İbrahimov zərərçəkənlərə vurduğu ziyanı ödəmək üçün vaxt istəyib. İşdə şahid kimi adı keçən və istintaq zamanı dindirilən Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Raqub Məmmədovun prosesə gətirilməsi qərarını məhkəmənin ixtiyarına buraxdığını deyib.
Məhkəmə yanvarın 19-da davam etdiriləcək.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzkuq, külli miqdarda törədildikdə) ilə ittiham edilir. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib. Lakin verilən vəd yerinə yetirilməyib. Daha sonra başçı R.Məmmədov ona müavin yox, birbaşa nümayəndə olacağı vədini verib.

Murad Əhməd