İcra başçısı məktəblərin vəziyyətindən danışıb

icra-bascisi-mekteblerin-veziyyetinden-danisib
Oxunma sayı: 957


“Qafqazinfo” xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb.

Qeyd olunub ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 3 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmr olunub, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilib. 2 məktəb üçün yeni əlavə korpus tikilib, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunub.

Keçən il həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış və sentyabr ayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə açılışı keçirilib.

Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanəb ki, 2013-2014-cü tədris ilində rayonun orta məktəblərini 1355 nəfər bitirib, onlardan 1190 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 901 nəfəri tələbə adını qazanıb. 

2013-2014-cü təhsil ilinin yekununa görə Səbail rayonu üzrə 7 məzun qızıl və 2 məzun gümüş medala layiq görülüb. Son 4 ildə isə rayonun məzunları ümumilikdə 43 qızıl və 3 gümüş medala layiq görülüb.