İcra başçısı məktəbliləri yola saldı - Foto

İcra başçısı məktəbliləri yola saldı
Oxunma sayı: 1621

12 Noyabr tarixində rayon ictimaiyyəti ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatın şöbə müdirləri, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyulub. Çıxış edən 179 nömrəli tam orta məktəbin şagirdi Əzəmət Verdiyeva, 246 nömrəli tam orta məktəbin şagirdi Əlihəsən Həsənova, 267 nömrəli tam orta məktəbin şagirdi Nicat Qasımzadə, 297 nömrəli tam orta məktəbin şagirdi Əntiqə Niftəliyeva, Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısı Fidan Kərimovanın valideyni Aygün Kərimova tur-aksiyanın şagirdlərin həyatında tutacağı yerdən bəhs edib, bu fürsəti yaratdığı üçün ölkə başçısı İlham Əliyevə öz təşəkkürünü bildiriblər.

Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyevə verilib. Natiq keçirilən tur-aksiyaların önəm və mahiyyəti olduqca böyük olduğunu bildirib. E.Allahverdiyev bu gün ölkəsinin tarixinə, mənəvi irsinə, dərindən bələd olan savadlı gəncləri müxtəlif yüksək vəzifələrə təyin edildiyini bunun da ölkə başçısının gənclərə necə böyük ümidlər bəslədiyini aydın şəkildə ifadə etdiyini bildirib.

Bu gün səhər saatlarında “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məktəb direktorları, valideynlər, iştirak ediblər.

Məktəblilər Rəqsin Sultanları ” rəqs kollektivinin “ Yeni Bakı” rəqsini , F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin “Nağara şou” qrupunun çıxışını izləyiblər. Sonra tur-aksiya iştirakçılarının ifasında “Ölkəmizi tanıyaq” layihəsinin 5-ci ildönümü üçün hazırlanmış “Ölkəmizi Tanıyaq” himnini dinlənilib. Daha sonra Binəqədi məktəblilərinin səfər edəcəyi avtobus yola salınıb.

Məlumat üçün qeyd edək ki, ötən müddət ərzində Binəqədi rayonundan olan gənclər də bu layihədə yaxından iştirak edib. Bu günə qədər Binəqədi rayonundan 309 şagird Respublikanın müxtəlif bölgələrinə yola salınıb, oranın tarixi, təbiəti, adət və ənənələri, eləcə də son illərdə gedən adablıq-quruculuq işlərini öz gözləri ilə görüb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi