Bu gün Heydər Əliyev adına Neft Emalı Zavodunun stadionunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayon məktəbliləri arasında təşkil olunmuş mini-futbol turnirinin final oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə ölkədə bütün sahələrin, o cümlədən idmanın və təhsilin inkişafının diqqət mərkəzində saxlanıldığını, bu gün də ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini qeyd edib.
Turnirdə 24 komanda olimpiya sistemi üzrə yarışıb. 242 və 250 nömrəli tam orta məktəblərin komandalarının iştirak etdiyi final oyunu 250 nömrəli məktəbin komandasının qələbəsi ilə yekunlaşıb.
Sonda Arif Qasımov, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman Ismayılov və Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev qalib komandalara mükafatları təqdim ediblər.


Son xəbərlər
Son Xəbərlər