İcra başçısı müavinini işdən çıxardı

İcra başçısı müavinini işdən çıxardı
Oxunma sayı: 5164

Yevlax Rayon İcra Hakimiyyətinin başçısının müavini işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Yevlax rayon icra başçısı Anar Tağıyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Kərimxanov Ceyhun Əhəd oğlu vəzifəsindən azad edilib.

Tural Hüseynli