İcra başçısı mübarizəyə başladı – - Xəbərdarlıq

icra-bascisi-mubarizeye-basladi-
Oxunma sayı: 7580


“Qafqazinfo” xəbər verir ki, yığıncaqda İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, hüquq–mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, iş adamları, şəhərdə fəaliyyət göstərən bankların, şirkətlərin nümayəndələri, əczaçılar, səhiyyə işçiləri iştirak ediblər. Elmar Vəliyev çıxış edərək qeyd edib ki, Gəncədə sürətli inkişaf və tərəqqi insanların daha yaxşı yaşamasına və çalışmasına geniş imkanlar açıb. Lakin, son zamanlar şəhərdə bir sıra neqativ hallara təsadüf edilir. Bəzi ticarət obyektlərində çalışan möhtəkirlər süni qiymət artımı yaradır, vaxtı keçmiş məhsullar satır və əhali arasında narahatçılıq yaradırlar. 

Qeyd edib ki, bu neqativ halların qarşısını almaq üçün şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə İqtisadi-İnkişaf Nazirliyinin, Səhiyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Statistika Komitəsinin, Gigiyena Epidemiologiya Mərkəzinin müvafiq yerli qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb. Bu komissiyanın tərkibində 10 işçi qrupu fəaliyyət göstərəcək və işçi qruplar mütəmadi olaraq bütün sahələrdə istehlak bazarına monitorinqi həyata keçirəcəklər. 

Tədbirlər həyata keçirmək üçün bu gündən 022-256-00-66 nömrəli qaynar xətt fəaliyyətə başlayıb.