Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov prezident İlham Əliyevin “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı keçirdiyi müşavirədə yanğınla əlaqədar yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
"Qafqazinfo" xəbər verir ki, o, dünən və bu gün sahibkarlarla operativ görüşdüklərini qeyd edib.
Görüşdə dəyən ziyanın aradan qaldırılması məqsədilə dövlət tərəfindən ilkin maliyyə dəstəyinin göstərilməsi ilə bağlı Prezidentin tapşırıqlarını onlara çatdırdıqlarını deyib və sahibkarların bu xəbəri yüksək minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər