Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
"Qafqazinfo" xəbər verir ki, bu gün icra başçısı Arif Qasımov tərəfindən B.Nuriyev küçəsi 10a və 12 saylı ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Nizami bələdiyyəsinin üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Sakinlər xeyir-şər evinin dam örtüyünün təmiri, məhəllədəki ağacların suvarılması üçün su kranlarının qoyulması, tüstü bacalarının təmizlənməsi, uşaqlar üçün əyləncə və idman qurğularının quraşdırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənildikdən sonra müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.


Son xəbərlər
Son Xəbərlər