Lənkəran şəhərinin Dəmiryol vağzalı qarşısında od çərşənbəsinin qarşılanması mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tonqal ətrafında keçirilən məraasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə tonqal qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilib. Şənlikdə Novruz personajları-Bahar qızın təbrik sözləri, Kosa və Keçəlin məzəli oyunları tamaşaçılara təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər