İcra başçısı özünə yeni müavin təyin etdi

icra-bascisi-ozune-yeni-muavin-teyin-etdi
Oxunma sayı: 10083

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, icra başçısı Tahir Məmmədovun sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.