“Qafqazinfo” xəbər verir ki, onların arasında Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə humanitar şöbəsinin baş məsləhətçisi Məmmədov Həsən Surxay oğlu da var. O, dövlət qulluğunda səmərəli fəaliyyətinə, uzun müddət şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ölkə başçısının digər Sərəncamı ilə- Milli Mətbuatımızın 140 illiyi ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamla “Новости Гянджи” qəzetinin baş redaktoru Kalaşnikova İrina Vladimirova “Tərəqqi” medalına layiq görülüb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I yarımilliyin yekunlarına görə keçirilən hesabat yığıncağında Həsən Məmmədova və İrina Kalaşnikovaya mükafatları təqdim edərək, onları təbrik edib, daha böyük uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər