Gəncə şəhər İcra Hakimiyyətində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib.
İH-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar və gənclər iştirak edib.
İcra başçısı Elmar Vəliyev Gəncə şəhərində əhalinin 51%-i, Gəncədə fəaliyyət göstərən təhsil ocaqları, idarə, müəssisə və təşkilatlarda çalışan insanların 70%-ni təşkil edən qadınları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edib.
E. Vəliyev tərəfindən Gəncənin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə fərqlənən 50-dən çox fəal qadına “Fəxri fərman”, qiymətli hədiyyələr və gül təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər