İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadın, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış eib, rayon qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, bu siyasətin nəticəsidir ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda bələdiyyələrdə də uğurla təmsil olunurlar. Tədbirdə bir qrup qadına YAP-ın üzvlük biletləri və Fəxri Fərmanlar verilib.
Son xəbərlər
Son Xəbərlər