Lənkəran şəhərinin “Şah” sarayında “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə şənlik keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində İcra başçısı Taleh Qaraşov çıxış edərək rayon qadınlarını təbrik etdi, onlara ən xoş arzularını çatdırıb.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və uşaq musiqi məktəblərinin şagirdləri maraqlı konsert proqramı təqdim ediblər.



Son xəbərlər
Son Xəbərlər