Vətən müharibəsi iştirakçılarının problem və qayğılarını operativ qaydada həll etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətində qazilərlə silsilə görüşlər davam edir.
“Qafqazinfo” xəbər verir ki, növbəti belə görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb.
Görüşü giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Vətən müharibəsi iştirakçıları ilə işin təşkilinə xüsusi diqqət ayrılır: “İcra Hakimiyyətinin başçısı çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı zəfərdən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışdı”.
Görüşdə qaziləri narahat edən məsələlər və onların həlli yollarına xüsusi diqqət ayrılıb. Əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, ailə biznesinə dəstək, rayon üzrə qeydiyyat, mənzil növbəsi və digər sosial məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Elşad Həsənov İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan məsələlərin qısa müddətə həllinə dair göstərişlər verib, digər qurumlara aid məsələlərlə bağlı isə müvafiq müraciətlərin ediləcəyini bildirib.






Son xəbərlər
Son Xəbərlər