İcra başçısı sahibkarlarla görüşdü - Video

icra-bascisi-sahibkarlarla-gorusdu-
Oxunma sayı: 2413

Salyan Rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, süni qiymət artımına qarşı mübarizə tədbirlərinə həsr olunmuş iclas keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, iclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov, rayonda 1800-ə yaxın sahibkarın fəaliyyət göstərdiyini, təkcə ötən il sahibkarlara 728 900 manat güzəştli kreditlərin ayırıldığını vurğulayıb. Əlavə edib ki, bunun nəticəsində yeni istehsal və emal müəssisələri yaradılıb.

İclasda sahibkarlar üzümçülük, pambıqçılıq, heyvandarlıq, taxılçılığın inkişafı ilə bağlı təkliflərlə çıxış ediblər. Kənd təsərrüfatı məhsullarının saxlanma kamerasından istifadə, mərkəzi bazarda ticarət üçün sahibkarlara əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması barədə məlumat verilib. Görüşdə süni qiymət artımının qarşısının alınması üçün tədbirlər də müzakirə olunub. Rayon İcra Hakimiyyətində yaradılan komissiyanın üzvləri monitorinqlər keçiriblər.