İcra başçısı sakinləri dinlədi

icra-bascisi-sakinleri-dinledi
Oxunma sayı: 856


“Qafqazinfo” xəbər verir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 150 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərini salamlayaraq, Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Səyyar qəbulda çıxış edən sakinlər təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar rəy və təkliflərini verib, rayon ərazisində gedən genişmiqyaslı işlərə görə öz təşəkkürlərini bildiriblər.

Həmin gün axşam saatlarında isə Müqəddəs Ramazan ayı olduğunu nəzərə alaraq, Rayon İcra Hakimiyyəti tərəfindən səyyar qəbulun keçirildiyi ərazidə yerləşən əhalinin mədəni-kütləvi tədbirlər otağında sakinlər üçün geniş iftar süfrəsi açılıb.