Nizami rayonunda əhalinin problemlərinin həlli məqsədilə Nizami rayon icra başçısı Arif Qasımov tərəfindən Nəsimi küçəsi, 20, 22 və Kamil Balakişiyev küçəsi 49/18 ünvanlarında yaşayan sakinlərin səyyar qəbulu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər binanın dam örtüyünün təmir olunması, məhəllədə uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, ağacların budanması, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması, zibil konteynerlərinin yerlərinin dəyişdirilməsi və ya hasara alınması kimi məsələlərlə bağlı başçıya müraciət ediblər.
Mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
.jpg)
.jpg)

Son xəbərlər
Son Xəbərlər