İcra başçısı sakinlərin problemlərinin həlli üçün tapşırıqlar verdi

icra-bascisi-sakinlerin-problemlerinin-helli-ucun-tapsiriqlar-verdi
Oxunma sayı: 3006

Avqustun 24-də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra hakimiyyətinin, bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda icra başçısı Abdin Fərzəliyev sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıraraq əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Sonda A. Fərzəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.