İcra başçısı sakinlərlə görüş keçirdi - Fotolar

icra-bascisi-sakinlerle-gorus-kecirdi
Oxunma sayı: 1254

Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər.

Qəbul Yasamal rayonunun 13 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayon sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin, MKTB və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə icra başçısı Elşad Həsənov Yasamal sakinlərinin qayğıları ilə maraqlanıb və onları öz müraciət və şikayətlərini ona bildirməyə dəvət edib.

Söz alan vətəndaşlar orta məktəblər ətrafında qurumuş ağacların budanması, bina damlarının təmiri, zirzəmilərin istifadəsi, sosial yardım, ticarət köşklərinin fəaliyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərin təmiri və digər məsələlərlə bağlı öz fikirlərini bildirdilər.Qəbulda sakinləri narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.