İcra başçısı sakinlərlə görüşdü - Fotolar

icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 2041

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı günlərində cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Alı Alıyevin əhali ilə görüşündə qeyd olunub ki, Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda rayonda həyətyani torpaq sahələrində kartof əkini başa çatmaq üzrədir, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və istixanalar yaradılıb.

Məcburi köçkünlərdə rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.

Bildirilib ki, Şükürbəyli, Mirzənağılı, Qazaxlar, Əhmədalılar, Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərində və Horadiz şəhərində əhalinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilib.