İcra başçısı sakinlərlə görüşdü

icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 713

“Ambassador” Otelində  Nəsimi rayon sakinləri ilə görüş keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu görüşün əsas məqsədi sakinlərə prezildent İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbirlər və idman yarışları haqqında Nəsimi rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təkliflərin həyata keçirilməsidir. 

Natiq onu da qeyd etdi ki,  ölkə başçısının tapşırıqlarına əsasən  Nəsimi rayonunda yerli resurs və imkanlardan istifadə edilərək Nəsimi rayonunu paytaxtımızın ən gözəl guşələrindən birinə çevirmək istiqamətində bir sıra layihələr həyata keçirilir. Rayonda “Abad həyət” layihələri, yenidən əsaslı təmir edilən parklar məhz sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün şəraitin yaradılmasına xidmət edir.

Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunub, ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.