Bu gün Qaradağ rayonunun Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ümid qəsəbə Mədəniyyət evində baş tutan görüşdə rayon rəhbəri Süleyman Mikayılov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak edib. Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov onları salamlayaraq, qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
Sakinlərin suallarını cavablandıran S.Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin ölkə Prezidentin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə, Məscid yoluna yeni salınan asfalt örtüyünə görə öz təşəkkürlərini bildiriblər.

Qəsəbə sakinlərindən 16 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verililib.
.gif)
Daha sonra qəsəbə sakinlərinə İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Son xəbərlər
Son Xəbərlər