İcra başçısı sakinlərlə görüşdü - Foto

icra-bascisi-sakinlerle-gorusdu
Oxunma sayı: 1989

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev rayon sakinləri üçün növbəti birgə səyyar qəbul keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, qəbul Yasamal rayonunun 52 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, sakinlərlə görüş Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir.

Bildirilib ki, səyyar qəbulun məqsədi birbaşa vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və qısa müddətə həllinə nail olmaqdır. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin,Yasamal Bələdiyyəsinin, habelə təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri də iştirak ediblər.

Qəbulda iştirak edən Yasamal rayonu sakinləri sənədsiz evlər, tikinti normaları, yaşıllıqların mütəmadi sulanması, qəzalı evlər, küçələrin işıqlandırılması, sərnişin marşrut xəttləri və bir sıra sosial məsələlər qaldırıblar.

Görüşdə bir qrup sakin əvvəlki qəbulda qaldırdıqları kommunal xarakterli problemlərin həll edilməsinə görə Yasamal RİH rəhbərliyinə təşəkkürünü bildiribər.

İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin bir sıra müraciət və təklifləri ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə tapşırıqlar verib.