Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbədə bildirilir ki, icra başçısının növbəti səyyar qəbul-görüşü 17 yanvar 2014-cü il tarixdə Horadiz şəhəri Heydər Əliyev Mərkəzində keçirilib. Rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələrinin iştirak etdiyi səyyar qəbul zamanı Horadiz şəhər, Arayatılı, Babı, Əhmədalılar, Qazaxlar, Mollaməhərəmli və Mirzənağılı kəndindən olan sakinlərin müraciətləri dinlənilib. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məslələrin əksəriyyəti İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar barədə danışan Alı Alıyev qeyd edib ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.
Səyyar qəbul zamanı çıxış edənlər rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildiriblər. Sonda qeyd olunub ki, şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və problemi olan vətəndaşlara qayğı bundan sonrada davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər