İcra başçısı sakinlərlə görüşdü - Fotolar

İcra başçısı sakinlərlə görüşdü
Oxunma sayı: 813

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin sakinlərlər növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı 3 saylı Zobucuq qəsəbəsində vətəndaşları qəbul edib. Görüşdə rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev çıxışında bildirib ki, qəsəbədə hazırda 1662 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir.

 Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1662 nəfərə hər ay 99720 manat vahid aylıq müavinət ödənilir, 13 ailəyə ünvanlı sosial yardım təyin edilib, 5 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. 3 saylı Zobucuq qəsəbəsində 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili var.

Qəsəbə sakinlərindən 255 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 207 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, musiqi məktəbi və mənzil istismar sahəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi