“Qafqazinfo”ya daxil olan məlumata görə, 2014-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında prezident İlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır. 2014-cü ildə ümumi məhsul buraxılışı 12 faiz artıb ki, bunun da 24,3 faizi sənaye sahəsinin payına düşüb. Şəhər iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,9 faiz artıb. Ümumi istehsalın 88,3 faizi sənaye məhsulu istehsalının, 11,7 faizi sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Tədbirdə yığıncağın qərar layihəsi qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər