İcra başçısı şəhid ailələri ilə görüşdü - - Fotolar

icra-bascisi-sehid-aileleri-ile-gorusdu-
Oxunma sayı: 1418


“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman  diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edib. 

Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb.  

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və  ərzaq bağlamaları  təqdim olunub.