“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirib. Qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı və onlara maddi, ərzaq yardımı göstərilib. Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qəlbimizdə daima yaşayacaqsız” adlı ümumrayon anım mərasimi keçirilib.
Son xəbərlər
Son Xəbərlər