"Qafqazinfo"ya daxil olan məlumata görə, başçı Novruz bayramının paylaşmağın, yardımlaşmağın, qardaşlığın və əmin-amanlığın rəmzi olduğunu bildirib.
Alı Alıyev Horadiz şəhər sakinləri şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva və digərləri ilə söhbətində ölkə başçısının və onun xanımı Mehriban Əliyevanın şəhid ailələrinə, ehtiyacı olan insanlara, o cümlədən Füzuli rayonuna göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, insanların sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin ölkə başçısına, onun xanımına olan inamını gücləndirir, arzu olunan günlərin – işğal olunmuş torpaqlarımıza, Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır.
Şəhid anası Xanım Hüseynxanova, Mehrac Əliyev, Əsnay Tanrıverdiyeva xalqımızın ən əziz bayramı olan Novruzda onları yada saldıqlarına, qayğıları ilə maraqlandıqlarına görə ölkə başçısına və onun xanımına minnətdarlıqlarını bildirib, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər