Qoşunların təmas xəttinin Tərtər-Goranboy istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Milli Ordunun əsgəri Əzizzadə Xaliq Həsən oğlu da bu gün son mənzilə yola salınıb.
“Qafqazinfo” xəbər verir ki, 1996-ci il təvəllüdlü şəhidimiz 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib. Şəhidin yaxınları ilə yanaşı Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, rayonun idarə müəssisə rəhbərləri, zabit və əsgərlər, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və yüzlərlə şəhər sakinləri qəhrəman vətən oğlunu son mənzilə yola salmaq üçün onun yaşadığı evin qarşısına axın etdilər..
Şəhidin atası Həsən Əzizzadə bildirib ki, onun oğlu vətənin müdafiəsi zamanı şəhid olub. Və o bununla fəxr edir.
Milli Ordunun əsgəri şəhid Xaliq Əzizzadə böyük izdihamla son mənzilə yola salındı. Şəhidimizi yola salma mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.
Cənazı namazı qılındıqdan sonra şəhidimizin cənazəsi Dövlət himninin sədaları altında dəfn edilib.




Son xəbərlər
Son Xəbərlər