İcra başçısı şəhidin məzarını ziyarət etdi - Fotolar

icra-bascisi-sehidin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 2342

Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Hüseynli Türkay Nizami oğlunun İkinci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etdib.

 “Qafqazinfo” xəbər verir ki, məzarın üzərinə gül dəstələri qoyub, şəhidin ailəsinə baş sağlığı veriblər.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Şəhid Hüseynli Türkay “Vətən uğrunda” medalı, “Rəşadət” ordeni, “Cəbrayılın azad olunmasına” görə medalı ilə təltif edilib.

Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov şəhid ailəsi ilə söhbət edib, onları narahat edən problemləri dinləyib.