“Qafqazinfo” xəbər verir ki, qonaqlar Səbail RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər. Hərbi hissədəki əsgər kazarmalar və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə əsgərlərimizi təbrik edib. O, hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb. Qeyd olunub ki, əlamətdar tarixlə əlaqədar ilk dəfə Şamaxı rayonunundakı Qaraheybət poliqonunda əzəmətli hərbi parad keçiriləcək və bu parad növbəti dəfə Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan edəcək.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.
Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilib, sonra respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunub. Populyar müğənnilər Aslan Hüseynov, Ceyhun Zeynalov, AzTV-nin solistləri Aynur İsgəndərli, Gülnar Qüdrətlinin, rəqqasə Fatimə və rəhbərlik etdiyi rəsq qrupunun çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər