Aprelin 14-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Havzova kəndində əhali ilə səyyar qəbul-görüşünü keçirib. Görüşdə Havzava kənd İcra nümayəndəsi Qurban Quliyev ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib, əhalini narahat edən problemləri diqqətə çatdırıb.
İcra başçısı görüşdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb:
“Azərbaycanın iqtisadi tərəqqisi, balanslaşdırılmış daxili və xarici siyasəti onun beynəlxalq aləmdə nüfuzunu da yüksəldib, dünya birliyinin dəstəyini qazandırıb. Son günlərdə cəbbə bölgəsində Milli Ordumuzun düşmənə agır zərbələr vurması, işğal olunmuş ərazimizin bir qismini azad etməsini dünya ictimaiyyətinin də müdafiə etməsi bu dəstəyin bariz nümunəsi olduğunu, artıq Azərbaycan həqiqətlərinin qələbə çaldığını, Ermənistanın işğalçı dövlət kimi ifşa olunduğu bir daha sübut etdi”.
İcra başçısı rayonun kənd və qəsəbələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edərək bu işdə əhalinin də yaxından iştiranının, torpaqları becərilməsinin vacibliyini söyləyib.
İcra başçısı sakinlərin fərdi müraciələrini dinləyib, aidiyyati qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər
Son Xəbərlər