İcra başçısı səyyar qəbul keçirdi - Fotolar

icra-bascisi-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1569

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbir akademik Zərifə Əliyeva adına liseyin akt zalında baş tutub.

Elşad Həsənov bildirib ki, səyyar qəbulun əsas məqsədi birbaşa vətəndaşlarla görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.

Qəbulda Yasamal rayonunun təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsəri və Yasamal bələdiyyəsinin rəhbərliyi də iştirak edib. 

Yasamal rayonu sakinləri bir-bir söz alaraq onları narahat edən əsas problemlər barədə danışıblar. Söz alan vətəndaşlar evlərdə su sərfiyyatı miqdarı, sakinlər arasında tikinti mübahisələri, həyətlərin abadlaşdırılması, yaşlı insanların işlə təmini, mənzillərin yenidən planlaşdırılması, sosial yardım, yolların asfaltlanması, yaşayış binalarının birinci mərtəbəsində ictimai iaşə obyektlərinin fəaliyyəti, istilik təchizatı və digər məsələləri qaldırıblar.

İcra başçısı sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər nəzarətə götürülüb.

Yasamal RİH başçısının tərtib edilmiş qrafikə uyğun olaraq rayon sakinləri ilə görüşləri davam edir.