İcra başçısı taxıl sahələrindəki yanğınlarla bağlı qərargah yaratdı - Foto

İcra başçısı taxıl sahələrindəki yanğınlarla bağlı qərargah yaratdı
Oxunma sayı: 862

Şəmkir rayonunda taxıl biçininin mütəşəkkil qaydada həyata keçirilməsi və taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazisində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə qərargah yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, İH başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət qərargahın iclası keçirilib.

İclasda bildirilib ki, qərargah üzvləri biçinlərdən sonra müxtəlif səbəblərdən baş verə biləcək yanğınların qarşısının alınması üçün proflaktik tədbirlər görülməli, əhali arasında, xüsusilə də fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərini aparılmalıdır.

Eyni zamanda taxıl sahələrinin kənarlarının şumlanması, biçinə cəlb edilmiş kombayınların və texniki vasitələrdə yanğına qarşı avadanlıqlarla təzhiz olunmalı, otlaq sahələrində, habelə meşə fondu ərazilərində yanğın təhlükəsizliyi ilə əlaqədar zəruri tədbirlər görülməlidir.

Həmçinin iclasda yerüstü qaz boruxətlərinin üzərində təhlükəsizlik tədbirləriinin gücləndirilməsi üçün görülən işlər və qarşıdan duran vəzifələr, yaşayış məntəqələrinin təmiz saxlanılması məsələləri müəyyənləşdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi