İcra başçısı tələbələrlə görüşdü -

icra-bascisi-telebelerle-gorusdu-
Oxunma sayı: 957


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, tələbə adını qazanmış şagirdlər və valideynləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Alı Alıyev bildirib ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır. 

Daha sonra çıxış edən rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə ətraflı məlumat verib. Müdir bildirib ki, bu il ali məktəblərə sənəd verən 544 şagirddən 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ümumtəhsil məktəblərinə qəbul olunub: “Ali məktəblərə sənəd verən şagirdlərin ümumilikdə 418-i (76 %-i) ali və orta ixtisas məktəblərinə qəbul olub. Sənəd verən şagirdlərdən 12-i 600-700 arası, 35-i 500-dən 600-ə qədər bal toplayıb”. Sonda qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə İcra başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

“Qafqazinfo”