Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi və Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 14-18 mart tarixlərində Amerikanın “The Exchange” pop qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, qrup Lənkəran Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert Lənkəranın birləşmiş uşaq xor kollektivinin ifasında “Azərbaycan” mahnısı ilə başlanıb. ABŞ-ın Bakıdakı Səfirliyinin nümayəndəsi konsertə gələnləri Azərbaycan dilində “Salam, Lənkəran” sözü ilə salamladıqdan sonra qrup haqqında məlumat verib.
Anşlaqla keçən konsertdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Son xəbərlər
Son Xəbərlər