Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçinin sözlərinə görə, qanuni sənədlə ona məxsus olan torpağı Yasamal rayon İcra Hakimiyyəti başqasının sərəncamına verib: “Şərifzadə küçəsi, 66 ünvanında “Aysunay” şadlıq sarayınına bitişik olan torpaq sahəsi 2006-cı ildə Yasamal bələdiyyəsi tərəfindən mənim sərəncamıma verilib. Həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur. Lakin 2015-ci ilin aprelin 1-də Yasamal rayon İcra hakimiyyəti qanunsuz olaraq vəzifə səlahiyyətlərindən sui- istifadə edərək mənə məxsus olan torpağı Beynəlxalq Bankın əməkdaşı, özünü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin yaxın qohumu kimi təqdim edən Kələntərov Orxana verib. Yasamal icra başçısının birinci müavini Səməd İsmayılovun Orxan Kələntərovla birgə əraziyə kənar şəxsləri gətirərək Kamran Əliyevin adından hədə qorxu gəlib mənə məxsus olan torpaqda söküntü işləri aparıblar. Bundan əlavə, Yasamal rayon bələdiyyəsi də 7 may 2015- ci ildə icra hakimiyyətinin təzyiqi altında ona məxsus olan torpaq sahəsi barədə verdiyi sərəncamı ləğv edib. Bu qanunsuzluqla bağlı məhkəmədə iddia qaldırmışam. Bu dərəcədə qanunsuzluqmu olar? Sənədlə şəxsimə məxsus olan torpağı başqasına necə verirlər? Mən aidiyyəti orqanlardan bu qanunsuz əməlin araşdırılmasını, səbəbkarların cəzalandırılmasını, mənə məxsus olan torpaqda tikinti işlərinin aparılmasının dayandırılmasını tələb edirəm”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər