İcra başçısı vaksinasiya prosesinə hazırlıq işləri ilə tanış olub - Fotolar

icra-bascisi-vaksinasiya-prosesine-hazirliq-isleri-ile-tanis-olub
Oxunma sayı: 3518

Xəbər verdiyimiz kimi, yanvarın 18-də Azərbaycanda ölkə üzrə COVİD-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

"Qafqazinfo" xəbər verir ki, vaksinasiya prosesinin başlanması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun 01.07.2020-ci il tarixli 36 nömrəli sərəncamı ilə Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizə aparmaq üçün xüsusi Qərargah yaradılıb. Sərəncama əlavə olaraq xüsusi 2 işçi qrup yaradılıbdır ki, bu qrupların üzvləri vaksinləşmə prosesinə nəzarəti daha da gücləndirəcək. RİH Başçısı Mirhəsən Seyidov və Qərargahın üzvləri olan hüquq mühafizə orqanlarının rəhbərləri Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş çəkib və peyvəndləmə prosesi üçün hazırlıq işləri ilə maraqlanıb.

Neftçala Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və həkim kollektivi yaradılan şərait haqqında Rayon İcra hakimiyyətinin Başçısına və Qərargah üzvlərinə məlumat verib. Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov yaradılan şəraitlə tanış olub, əlavə olaraq yerlərdə maarifləndirmə işlərinin aparılması ilə bağlı təklif və tövsiyyələrini verib.